RU

Rusiya Ukraynada müəssisədə yanğını söndürən xilasediciləri vurub - FOTO

Rusiya Çerniqov vilayətindəki Nijin şəhərinə dronlarla irimiqyaslı hücuma keçib. Zərbə müəssisədə yanğını söndürən xilasedicilərə dəyib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidmətinə və Çerniqov Vilayət Dövlət Administrasiyasının rəhbəri Vyaçeslav Çausa istinadən məlumat yayıb.

Sentyabrın 14-də axşam saatlarında düşmən yanacaq materialları ilə məşğul olan özəl müəssisəyə və qonşu yanacaqdoldurma məntəqəsinə bir neçə dəfə zərbə endirib.

Yanğını söndürərkən yenidən obyektə zərbə endirilib, nəticədə Fövqəladə Hallar Nazirliyinin 4 əməkdaşı xəsarət alıb.

Yanğınsöndürənlər xəstəxanaya yerləşdirilib.

"Rusiyalılar Çerniqov vilayətinin Nijin rayonunda PUA-nın hücumu nəticəsində baş vermiş kritik infrastruktur obyektində yanğını söndürən xilasediciləri qəsdən vurublar", - Dövlət Fövqəladə Hallar Xidmətinin bəyanatında deyilir.

Bundan başqa, Nijınşina kəndlərindən birinin 59 yaşlı sakini yaralanıb. O, Çerniqov Rayon Xəstəxanasına çatdırılıb. Hücum nəticəsində yaşayış binasına ziyan dəyib, kritik infrastruktur obyektləri və yerli müəssisələr zərər çəkib.

Vilayət dövlət administrasiyası rəhbərinin sözlərinə görə, cəmi bir gün ərzində düşmən Çerniqov vilayətini 42 dəfə atəşə tutub, 81 partlayış qeydə alınıb.

20 yaşayış məntəqəsi atəşə tutulub. Novqorod-Severski rayonunda köməkçi tikililər, bir neçə rayonda isə təxminən 10 hektar sahədə quru ot yanıb. Bütün yanğınlar söndürülüb.

QAZİLER.AZ

Избранный
4
qaziler.az

1Источники