RU

XİN: 107 il əvvəl Bakının azad edilməsi Azərbaycan dövlətçiliyi uğrunda mübarizədə dönüş nöqtəsi idi

107 il əvvəl Bakının azad edilməsi Azərbaycan dövlətçiliyi uğrunda mübarizədə dönüş nöqtəsi idi.

 

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Bakının erməni-bolşevik işğalından azad olunmasının 107-ci ildönümü münasibətilə “X” hesabında paylaşım edib.

 

“1918-ci ilin bu günü Azərbaycan Korpusununun da daxil olduğu Qafqaz İslam Ordusu Bakıya daxil oldu və erməni-daşnak işğalına son qoydu. Paytaxtın azad edilməsi Azərbaycan dövlətçiliyi uğrunda mübarizədə dönüş nöqtəsi idi və xalqımızın, eləcə də müttəfiqlərimizin birliyi, cəsarəti, və fədakarlığını nümayiş etdirdi. 107 ildən sonra, millətimizin müstəqilliyi və azadlığı üçün həyatlarını qurban verənlərin xatirəsini dərin ehtiramla yad edirik”, - paylaşımda qeyd olunub.

Tarix: 15 Sentyabr 2025, 12:24   
Избранный
55
20
pravda.az

10Источники