RU

Məscid hasarına donuz başı sancıldı- Bu ölkədə...

Ajans.az KrasnodarMediaTelegramkanalınaistinadənxəbərverirki,kadrlarda bir kişinin axşam saatlarında məscidə yaxınlaşaraq, yanında gətirdiyi donuz başını hasarın dirəyinə sancdığı, daha sonra isə telefonla şəkil çəkərək ərazidən uzaqlaşdığı açıq şəkildə görünür. Hadisə dərhal ictimaiyyətin və dini qurumların ciddi reaksiyasına səbəb olub. Ruhani idarədən təxribat ittihamı Adıgey və Krasnodar diyarı Müsəlmanları Ruhani İdarəsi məsələ ilə bağlı açıqlama yayaraq bu addımı açıq təxribat və dini nifrət yaratmağa yönəlmiş bir hərəkət kimi qiymətləndirib. Qurumun bəyanatında bildirilir: “Bu, təkcə məscidə deyil, bütün müsəlman icmasına qarşı yönəlmiş hörmətsizlikdir. Biz hüquq-mühafizə orqanlarını bu təxribatçı əməli törədən şəxsi müəyyən edib məsuliyyətə cəlb etməyə çağırırıq.” Hazırda hadisə ilə bağlı araşdırma aparıldığı və şübhəlinin müəyyən olunması istiqamətində tədbirlərin görüldüyü bildirilib.
Избранный
53
Ajans.az

1Источники