RU

Məktəblilərin qidalanması necə olmalıdır?

Bakı, 15 sentyabr, AZƏRTAC

Uşaqların sağlam gələcəyi bu gün etdiyimiz seçimlərdən başlayır. Məktəb illərində qazanılan qidalanma vərdişləri onların bütün həyatına təsir edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin qidalanma ilə əlaqədar hazırladığı videomaterialda bildirilir.

Vurğulanır ki, məktəblilər üçün çantasına qoyulan hər sağlam qida – meyvə, tərəvəz, su və faydalı qəlyanaltılar uşaqların öyrənməsinə, inkişafına və sağlam böyüməsinə dəstək olur:”Gəlin, uşaqlarımız üçün daha faydalı seçimlər edək!”, - deyə videomaterialda qeyd olunur.

Daha ətraflı məlumat üçün videonu izləyin.

Избранный
45
4
azertag.az

6Источники