RU

Paşinyan etiraf edib

XQ Ermənistan mediasına istinadən xəbər verir ki, "Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025" beynəlxalq konfransında çıxış edən Baş nazir Nikol Paşinyan Ermənistanın ordu və hərbi-siyasi ittifaqların ölkənin xarici təhlükəsizliyinin zəifliyinin azaldılmasında əsas vasitə olması barədə təsəvvürlərin səhv olduğunu etiraf edib. "...Lakin tarix bu formulanın işləmədiyini göstərdi – nə birinci, nə də ikinci halda. Üstəlik, birinci halda – hətta üç dəfə. KTMT Azərbaycanı Ermənistan kimi qardaş ölkə hesab etdiyini və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirdi", – o qeyd edib. Vurğulayıb ki, ən mühüm institutlardan biri olan və sonradan milli təhlükəsizlik strategiyasının əsasını təşkil edən legitimlik təhlükəsizliyin təmin edilməsinin əsas alətləri sırasından çıxarılıb.

"2022-ci il oktyabrın 6-da Praqada son dərəcə vacib bir söhbət baş tutdu, burada biz Almatı Bəyannaməsinə əsaslandıq, orada dönüş nöqtəsi baş verdi. Ermənistan və Azərbaycan bu bəyannamə əsasında bir-birinin ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan etdi", - Baş nazir deyib. Onun sözlərinə görə, məhz bu an dönüş nöqtəsi oldu və İrəvanın bütün təhlükəsizlik strategiyasını yenidən nəzərdən keçirməsinə səbəb oldu.

N.Adilqızı
XQ

 

Избранный
15
4
xalqqazeti.az

6Источники