RU

Bu dəfə “Emmi” onların oldu Fotolar

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gün Los-Ancelesdə 77-ci “Emmi” mükafatları mərasimi baş tutub.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, tədbiri idarə etmək komediya aktyoru Neyt Bargatzeyə həvalə olunub.

Mərasimdə televiziya dünyasının ən yaxşı proqram və aktyorları mükafatlandırılıb. Namizədlər 15 iyul tarixində amerikalı aktyor Harvi Gillen və aktrisa Brenda Sonq tərəfindən elan edilmişdi.

Bu il “Severens” 27, “The Penguin” 24, “The Studio” isə 23 nominasiya ilə önə çıxıb.

Gecəyə damğa vuran isə “Adolescence” serialında rol alan 15 yaşlı Ouen Kuper olub. Belə ki, o, “Ən yaxşı mini-serial” və “Ən yaxşı mini-serialın rejissorluğu” mükafatları ilə “Emmi”ni qazanan ən gənc kişi aktyor olub.

“The Pitt” serialı isə həm “Ən yaxşı kişi aktyor”, həm də “Ən yaxşı dram serialı” mükafatlarını qazanıb.

“Emmi” mükafatının sahiblərinin tam siyahısını təqdim edirik:

“Ən yaxşı dram serialı”

“The Pitt”, “Andor”, “The Diplomat”, “The Last of Us”, “Paradise”, “Severens”, “Slow Horses”, “The White Lotus”;

“Ən yaxşı komediya serialı”

“The Studio”, “Abbott Elementary”, “The Bear”, “Hacks”, “Nobody Wants This”, “Only Murders in the Building”, “Shrinking”, “What We Do in the Shadows”;

“Ən yaxşı mini-serial”

“Adolescence”, “Black Mirror”, “Dying for Sex”, “Monsters: The Lyle and Erik Menendez Story”, “The Penguin”;

“Ən yaxşı baş rol aktyoru” (dram)

Noa Vayl – “The Pitt”, Sterlin K. Braun – “Paradise”,  Qari Oldman – “Slow Horses”, Pedro Paskal – “The Last of Us”, Adam Skott – “Severens”;

“Ən yaxşı baş rol aktrisası” (dram)

Brit Louer – “Severens”, Keti Beits – “Matlock”, Şeron Horgan – “Bad Sisters”, Bella Remzi – “The Last of Us”, Keri Rassel – “The Diplomat”;

“Ən yaxşı baş rol aktyoru” (komediya)

Set Roqen – “The Studio”, Adam Brodi – “Nobody Wants This”, Ceyson Siqel – “Shrinking”, Martin Şort – “Only Murders in the Building”, Ceremi Allen Vayt – “The Bear”;

“Ən yaxşı baş rol aktrisası” (komediya)

Cin Smart – “Hacks”, Uzo Aduba – “The Residence”, Kristen Bell – “Nobody Wants This”, “Kvinta Branson – Abbott Elementary”, Ayo Edebiri – “The Bear”.

Mükafatlar həmçinin dəstəkçi aktyor və aktrisa, qonaq kimi iştirak edən aktyorlar, yazı və rejissorluq kateqoriyalarında da təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
52
1
qafqazinfo.az

2Источники