Bakı, 15 sentyabr, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinni 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı qabaqcadan əlbir olaraq narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsini təşkil edən şəxslər - 31 yaşlı İ. Qardaşxanlı, 20 yaşlı S. Nasib və 21 yaşlı V. İsmayılov saxlanılıblar. Onlardan ümumilikdə 3 kiloqrama yaxın marixuana və həşiş aşkarlanaraq götürülüb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, saxlanılanlar ifadələrində narkotik vasitələri maddi gəlir qazanmaq üçün şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktla bağlı araşdırmalar aparılır.