RU

Qarabağ və Şərqi Zəngəzurda yeni stansiyalar açılacaq - RƏSMİ

"Hazırda Azərbaycan dəmir yollarında bir sıra infrastruktur layihələri həyata keçirilir. Bu layihələr arasında ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə, eləcə də Qarabağ və Şərqi Zəngəzurda dəmiryol infrastrukturunun yenidən qurulması və bərpası xüsusi yer tutur".

Bu sözləri Far.Az-ə açıqlamasında Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

Qurum rəsmisi əlavə eib ki, Zəngəzur dəhlizinin reallaşdırılması məqsədilə Azərbaycan tərəfindən 2021-ci ildən Horadiz-Ağbənd dəmir yolunun tikintisinə başlanılıb:

"Horadiz-Ağbənd dəmir yolu xəttinin ümumi uzunluğu 110,4 km (yan yollarla birlikdə 140,6 km) təşkil edir və marşrut boyunca 9 stansiyanın (Horadiz, Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyaları) inşası nəzərdə tutulub.

Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 84, tikinti-quraşdırma işlərinin 67 faizi başa çatdırılıb.

Dəmir yolu xəttinin xüsusi mühafizə zonası boyunca ümumilikdə eni 60 metr olan ərazilərin minadan təmizlənməsi işləri başa çatdırılıb.

Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə 75,6 km hissəsində rels-şpal çərçivələri qoyulub, həmçinin 65,6 km hissəsində uzunölçülü relslərin quraşdırılması işləri tam şəkildə başa çatdırılıb.

Tikinti işləri 3 mərhələdə həyata keçirilir. 259 suötürücü boru, 39 körpü, 4 heyvan keçidinin, 5 yölötürücü və üst keçid, 7 alt keçidin tikintisi yekunlaşıb. Hazırda 4 ədəd tunelin, 1 ədəd körpünün, 1 ədəd qalereyanın və 3 ədəd suötürücü borunun tikinti-quraşdırma işləri davam edir. İşlər başa çatdıqda illik buraxılış qabiliyyəti 15 milyon ton olacaq".

Orxan Hüseyn

Избранный
15
1
far.az

2Источники