RU

“Bu, bir çox insanın həyatı bahasına başa gəlib”

“Dərman vasitələri cəmiyyətimizi narahat edən məsələdir. Dərmanların keyfiyyəti, əlçatanlığı, qiymətləri və s. məsələlər görüşlərdə qaldırılır”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün keçirilən komitə iclasında bildirib.

Deputat bildirib ki, “Dərman vasitələri haqqında” qanuna mütəmadi dəyişikliklər edilir: “Eyni zamanda, sertifikatsız həkimlərin barəsində mediada kifayət qədər məlumatlar yayılıb. Bu, bir çox insanın hətta həyatı bahasına başa gəlib. Bu sahədə Səhiyyə Nazirliyi işlər gördü, yerlərdə yoxlamalar apardı. Həmin istiqamətdə çalışdıq və Mili Məclisə tövsiyə olunmuş qanun layihəsinə əsasən indən sonra bu və ya digər ixtisasa yiyələnməyin yeganə yolu rezidentura keçmək olacaq.

Hesab edirəm ki, bizim qəbul elədiyimiz ən vacib qanunlardan biri sertifikatlaşdırma ilə bağlı qanunlara dəyişiklik idi. Mövcud sertifikasiya qaydalarına alternativ olan digər qaydaların da qəbul olunması mühüm məsələ idi. Bu, estetik əməliyyatlar sahəsində ölkəmizdə olan xoşagəlməz hadisələrin qarşısını alacaq”.

"Cebheinfo.az"

Избранный
40
1
cebheinfo.az

2Источники