ain.az, Azertag portalına istinadən məlumat yayır.
İstanbul, 15 sentyabr, Günel Karatepe, AZƏRTAC
Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 107-ci ildönümü münasibətilə azərbaycanlı qardaşlarımızı ən səmimi arzularımızla təbrik edirik.
AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik işğalından azad etməsi münasibətilə paylaşımında yer alıb.
“Müstəqillik uğrunda canını fəda edən bütün şəhidlərimizi rəhmət, minnət və şükranla yad edirik”- deyə paylaşımda bildirilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.