RU

Bal ayını korlaya biləcək 1 nömrəli səhv

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerikalı psixoloq Mark Trevers cütlüklərin bal ayı zamanı ən çox buraxdıqları səhvlərdən birini açıqlayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, onun Forbes üçün yazdığı məqalədə izah etdiyi kimi, bu səhv “Abilene paradoksu” adlanan vəziyyətlə bağlıdır. Bu paradoks o zaman ortaya çıxır ki, siz əslində istəmədiyiniz bir şeyi yalnız tərəfdaşınızın bunu istədiyini düşündüyünüz üçün edirsiniz.

“Bu fenomen adətən qrup dinamikası ilə izah olunur, amma münasibətlərdə də özünü göstərə bilər. Əgər diqqətli olmasanız, bu paradoksa düşmək romantik tətili heç kimin həqiqətən zövq almadığı yarımçıq və məcburi hadisələr zəncirinə çevirə bilər".

Bal ayında necə özünü göstərə bilər?

Psixoloqun sözlərinə görə, bal ayı zamanı Abilene paradoksu sizin əslində xoşunuza gəlməyən fəaliyyətlərlə günlərinizi dolduranda ortaya çıxır:

“Məsələn, tərəfdaşınızın bunu istədiyini düşündüyünüz üçün səhər tezdən gəzintiyə getməyə razılıq verirsiniz, halbuki o da sizin kimi yatmaq istəyir. Bu, hər nə qədər bir-birinizə xoş gəlmək istəyi ilə edilsə də, zamanla narazılıq yığır və romantik təcrübə əvəzinə uzaqlaşma hissi yaradır".

Treversin tövsiyə etdiyi iki çıxış yolu

Gözləntiləri əvvəlcədən müzakirə edin

Səyahətə çıxmazdan əvvəl bir-birinizin istəklərini və planlarını açıq şəkildə danışmaq balanslı və hər ikiniz üçün xoş bir proqram yaratmağa kömək edir.

Dəyişikliklər üçün yer saxlayın

Hər səfərdə planların dəyişə biləcəyini nəzərə alın. Müəyyən vaxtlarda dayanıb bir-birinizdən özünüzü necə hiss etdiyinizi soruşun. Hər şeyə razılaşmaq məcburi deyil əsas odur ki, hər iki tərəf həzz alsın.

“Bal ayınız toydan əvvəlki aylarda yorucu hazırlıqlardan sonra istirahət vaxtıdır. Açıq ünsiyyətə və bir-birinizin ehtiyaclarına diqqət yetirməyə önəm verin… Bal ayını başqalarının etdiyinə görə deyil, hər ikinizin istəklərinə uyğun planlaşdırın".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
lent.az

1Источники