RU

Erməni deputat: “Türkiyə ilə münasibətdə imitasiya...”

“Ermənistan-Türkiyə münasibətlərində çoxlarının iddia etdiyi kimi imitasiya yoxdur”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu sentyabrın 15-də Ermənistan Milli Assambleyasında keçirilən ənənəvi brifinqdə hakim “Mülki Müqavilə” Partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan deyib.

Millət vəkilinə Ermənistan-Türkiyə münasibətlərində irəliləyişin olmaması ilə bağlı sual verilib. "Müzakirələr kifayət qədər müsbət atmosferdə keçdi. Türkiyənin xüsusi elçisi Serdar Kılıçla danışıqların nəticələri press-relizdə əksini tapıb. 

Ümid edirik ki, türkiyəli tərəfdaşlarımızla münasibətlər daha əvvəl ictimai müzakirə olunan məntiqlə inkişaf edəcək və əldə olunan razılaşmalar praktiki olaraq həyata keçiriləcək", - Ovannisyan qeyd edib. Eyni zamanda, o əlavə edib ki, bunlardan başqa heç nə deyə bilməz.

Избранный
11
1
cebheinfo.az

3Источники