RU

CHP-nin qurultayları ilə bağlı məhkəmə prosesi təxirə salınıb – Yenilənib


Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü ilin 4–5 noyabr tarixlərində keçirilən 38-ci Növbədənkənar Qurultayının və 2025-ci ilin 6 aprelində baş tutan 21-ci Fövqəladə Qurultayının ləğvi ilə bağlı işə Ankara 42-ci Asliye Hüquq Məhkəməsində baxılıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə prosesində keçmiş Hatay Böyükşəhər Bələdiyyə Başçısı Lütfü Savaşın vəkili Onur Üregen CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlunun müvəqqəti olaraq partiya rəhbəri təyin olunmasını tələb edib.
CHP-nin vəkili Çağlar Çağlayan isə bildirib ki, bu məsələ ilə bağlı müvəqqəti həbs qətimkan tədbiri tələbi indiyədək doqquz dəfə rədd edilib: “Biz bir daha vurğulayırıq ki, məhkəmənin bu məsələdə səlahiyyəti yoxdur”.
Məhkəmə CHP-nin İstanbul Konqresinin ləğvini tələb edən Ankara 3-cü Asliye Hüquq Məhkəməsinin qərarının səbəblərinin öyrənilməsinə ehtiyac olmadığına və müvəqqəti mühafizə tələbinin təmin olunmasına zərurət bulunmadığına qərar verib.
Bununla yanaşı, 21 sentyabrda keçirilən CHP Fövqəladə Qurultayının nümayəndə siyahısı və birləşdirmə protokolunun Çankaya İlçe Seçki Şurasından alınmasına qərar verilib.
Prosesin davamı 24 oktyabr saat 10:00-a təyin olunub.

***10:12

Bu gün Ankara 42-ci Asliye Hüquq Məhkəməsində Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü ildə keçirilən 38-ci Növbədənkənar Qurultayının və 6 aprel 2025-ci ildə keçirilmiş 21-ci Fövqəladə Qurultayının ləğvi ilə bağlı iddiaya baxılacaq.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadəbn xəbər verir ki, CHP sədri Özgür Özəl və partiya rəhbərliyi prosesi Baş Qərargahdan izləyəcək. Partiya əməkdaşları isə məhkəmə öncəsi “mənfi qərar gözləmirik” desələr də, bəziləri təxirə salınma ehtimalını istisna etməyib.
Bildirilir ki, məhkəmə iclasından əvvəl geniş təhlükəsizlik tədbirləri görülüb. Əvvəlki iclaslardan fərqli olaraq, bu dəfə məhkəmə binası qarşısında doqquz avtobus və çoxsaylı çevik polis qüvvəsi hazır vəziyyətə gətirilib. Məhkəmə həmçinin yerli və beynəlxalq media qurumlarının böyük marağına səbəb olub.
Hakim kollegiyasının qarşısında bir neçə seçim var: işi rədd etmək, təxirə salmaq, məhkəməyə çağırış komissiyası təyin etmək və ya qurultayların tamamilə etibarsız sayılması barədə qərar vermək.
Xatırladaq ki, məhkəmə prosesinə səbəb keçmiş Hatay Böyükşəhər Bələdiyyə Başçısı Lütfü Savaş və bir qrup nümayəndənin iddiası olub. Onlar qurultaylarda “səs saxtakarlığı” baş verdiyini bildiriblər. Ankara və İstanbulda aparılan istintaqlar nəticəsində bir sıra CHP rəhbər şəxslərinə qarşı ittiham aktları hazırlanıb və hətta 1 ildən 3 ilə qədər həbs tələbi irəli sürülüb.
Избранный
23
3
yeniavaz.com

4Источники