RU

Yəhudi aktrisadan Fələstinə dəstək VİDEO

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Televiziya dünyasının ən nüfuzlu tədbirlərindən biri sayılan "Emmi Mükafatları" Los-Ancelesdəki Peakok Teatrında 77-ci dəfə sahiblərinə təqdim olunub.

Gecədə bir sıra sürprizlər yaşanıb. 

Belə ki, “Hacks” serialındakı rolu ilə ən yaxşı qadın aktrisa seçilən yəhudi əsilli Hanna Einbinderin "Fələstinə azadlıq" çağırışı edib.

ABŞ Prezidenti Donald Trampın siyasətinə etirazını bildirən Hanna sözlərini belə tamamlayıb:“Fələstinə azadlıq! ”.

Daha sonra jurnalistlərə açıqlama verən aktrisa bunları deyib:“Bir yəhudi olaraq, bizim din və mədəniyyətimizin İsrail dövlətindən ayrı olduğunu vurğulamaq mənim borcumdur. Biz etnik-millətçi dövlət anlayışından uzağıq".

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
azpolitika.info

1Источники