Masazır qəsəbəsində elektrik cərəyanı vurması nəticəsində ölüm hadisəsi baş verib.
AFN.az xəbər verir ki, fərdi yaşayış evinin həyətində iş görən zaman 1968-ci il təvəllüdlü Davud Cavadovu "tok" vurub. O, hadisə yerində vəfat edib.
Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib. Bildirilib ki, D. Cavadovun vəfat etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.