RU

Çin NATO-ya sərt xəbərdarlıq etdi

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bəyan edib ki, əgər NATO ölkələri ABŞ-ın təzyiqi altında Rusiyadan neft alışına tariflər tətbiq etməyə çalışsalar, Pekin buna qəti cavab verəcək.

Doğru.az xəbər verir ki, diplomatın sözlərinə görə, Çinin maraqlarına zərər verildiyi halda ölkə öz təhlükəsizliyini müdafiə edəcək:
“ABŞ-ın hərəkətləri birtərəfli hədə-qorxu və iqtisadi məcburiyyətin tipik nümunəsidir”.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp NATO ölkələrini Çinə qarşı 50-100% tarif tətbiq etməyə çağırmışdı.

DOĞRU.AZ

Избранный
15
dogru.az

1Источники