1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"İcbari tibbi sığortanın fəaliyyətindən insanların məmnunluğu get-gedə artır. Həm Xidmətlər Zərfi genişlənir, həm də insanların ambulator dərmanlarla təminatı sahəsində böyük işlər görülür".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün keçirilən komitə iclasında bildirib.
"Yenə də görülməmiş işlər çoxdur. Fikrimiz odur ki, bu gün insanlar arasında yayılmış və itkilərə səbəb olan xəstəliklərin hər biri İTS ilə əhatə olunsun. Çox cüzi xəstəliklər istisna olmaqla, İTS bütövlükdə bütün xəstələrin müayinəsi və müalicəsini əhatə edir. Bu istiqamətdə iş aparırıq və uğurlarımız olacaq", - deyə komitə sədri bildirib.
Məhərrəm Əliyev