RU

Füzuli və Xocavənd rayonları ərazisinə təşkil olunmuş “Prezidentin izi ilə” ənənəvi media tur başa çatdı

XOCAVƏND, 15 sentyabr. TELEQRAF

Füzuli və Xocavənd rayonları ərazisinə təşkil olunmuş “Prezidentin izi ilə” ənənəvi media tur başa çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə media nümayəndələri son olaraq Qırmızı Bazar qəsəbəsində olublar.

Jurnalistlərə məlumat verilib ki, Qarabağ bölgəsinin məşhur yaşayış məntəqələrindən olan, mühüm strateji və coğrafi mövqeyə malik Qırmızı Bazar qəsəbəsi 2023-cü ildə Silahlı Qüvvələrimizin antiterror əməliyyatı nəticəsində Azərbaycanın nəzarətinə keçib. Bundan sonra qəsəbədə elektrik və qaz xətləri, həmçinin artezian quyusu bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 2 transformator quraşdırılıb, 3 su anbarı təmir edilib, 11 kilometrdən çox uzunluqda təbii qaz xətti çəkilib. Hazırda Qırmızı Bazar qəsəbəsində ictimai-məişət obyektləri, həmçinin istehsal emalatxanası fəaliyyət göstərir.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi jurnalistlərə müsahibəsində bildirib ki, qəsəbədə 300 fərdi ev mövcuddur ki, onlardan da 71-i yararsızdır, 229-u isə qismən yararlıdır. Artıq 10 ev istismara hazırdır. Ümumilikdə 2025-ci ilin sonunadək 217, 2026-cı ildə isə 12 fərdi ev bərpa olunacaq”

Qeyd edək ki, hazırda 10 ailə (39 nəfər) qəsəbəyə qayıdıb.

Избранный
13
15
teleqraf.com

2Источники