RU

Trampdan İsrailə - Xəbərdarlıq

ABŞ Prezidenti Donald Tramp Qətərə endirilən zərbələrlə bağlı İsrailə xəbərdarlıq edib.

Gundem.az “France-Presse” agentliyinə istinadən xəbər verir ki, ABŞ lideri bu barədə jurnalistlərə açıqlamasında danışıb. 

Qətərin ABŞ-nin yaxşı tərəfdaşı olduğunu bildirən Tramp İsraili ehtiyatlı davranmağa çağırıb: 

“İsrail və digərləri, biz ehtiyatlı olmalıyıq. İnsanlara hücum etdikdə, ehtiyatlı davranmalıyıq”.

Xatırladaq ki, sentyabrın 9-da İsrail Qətərin paytaxtı Dohaya zərbə endirib. Hücumun hədəfi HƏMAS hərəkatının Dohada olan nümayəndələri olub. Nəticədə hərəkatın 5 üzvü, eləcə də Qətərin təhlükəsizlik qüvvələrinin bir əməkdaşı ölüb.

Избранный
8
2
gundem.az

3Источники