RU

"Şamaxı" üçün əlamətdar oyun

“Şamaxı” ölkə çempionatlarının yüksək dəstəsində 56-cı böyükhesablı qələbəsini qazanıb.

"Football-plus.az" PFL-in saytına istinadən xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Misli Premyer Liqasının 4-cü turunda “Karvan-Yevlax”a 3:0 hesabı ilə qalib gəlib. Bu, klub tarixinə indiki ad altında premyer-liqadakı ilk böyükhesablı qələbə kimi düşüb. Komanda sonuncu dəfə “Keşlə” adlandığı vaxt üç və ya daha çox top fərqinə sevinib. 2022-ci il martın 12-də səfərdə “Səbail”ə 3 cavabsız qol vuran komanda, təxminən bir ay sonra Şamaxıya köçüb.

Xatırladaq ki, klub əvvəllər “Xəzər Universiteti” və “İnter” adlarını da daşıyıb.

Избранный
51
15
football-plus.az

10Источники