RU

Medvedev həm güldü, həm xəbərdarlıq etdi: NATO ya mesaj

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Polşanın xarici işlər naziri Radoslav Sikorskinin Ukrayna üzərində uçuşsuz zona yaradılması təklifinə reaksiya verib.

Globalinfo.az xəbər verir ki, o, bunun Moskva ilə müharibəyə yol açacağını deyib.

“Ciddi desək, Kiyevin və digər axmaqların Ukrayna üzərində uçuşa qadağan zonası yaratmaqla bağlı təxribatçı ideyasının həyata keçirilməsi bir mənaya gəlir – NATO ölkələrinin Rusiya PUA-larını vurma səlahiyyətinə sahib olması, bunun Moskva və Alyans arasında müharibəyə gətirib çıxarması”, – Medvedev bildirib.

O qeyd edib ki, sözügedən təşəbbüsə görə əylənib:

“Görünür, “istəklilər koalisiyası”ndan qalan yalnız budur”.

Qeyd edək ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski NATO və Avropa İttifaqı (Aİ) ölkələrini Ukrayna üzərində uçuşsuz zona yaradılması imkanını müzakirə etməyə çağırıb. Nazir Almaniyanın “Die Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində bildirib ki, belə bir addım faydalı olar.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
27
globalinfo.az

1Источники