Finlandiya Prezidenti Aleksandr Stubb Ukraynanın suverenliyinin qorunmasının vacibliyini vurğulayıb.
Gundem.az xəbər verir ki, bu barədə prezident özü danışıb.
“1944-cü ildə Finlandiya müstəqilliyini saxladı, lakin ərazisinin 10%-ni və özünün alyans seçmək hüququnu itirdi. Ukrayna üçün belə bir şeyin baş verməsini heç vaxt istəməzdim.
Putin məqsədlərinə çatmadı. O, Ukraynanı 4 günə almağı planlaşdırırdı, artıq 4 ildir. O, Qərbi parçalamağa çalışdı, indi həmişəkindən daha həmrəyik. O, NATO-nun daha az xərcləməsini istəyirdi - Tramp bunu 5%-ə qaldırdı”, - deyə Stubb vurğulayıb.