RU

Qaradağda qanunsuz balıq ovu ilə bağlı reyd keçirildi

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə Qaradağ rayonunda qanunsuz balıq ovuna qarşı reyd keçirib.

Gununsesi.info xəbər verir ki, 2025-ci il 10 sentyabr tarixində “Heydər Əliyev adına Dərin Özüllər Zavodu” yaxınlığında aparılan yoxlama zamanı balıqovlama bileti olmadan ov edən Elşən Həmzəyev və Mehman Babayev müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

Reyd zamanı tor vasitəsilə qanunsuz ovlanmış 1873 ədəd krevet götürülərək Su Nəqliyyatında Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilib.

Dövlət qurumları qanunsuz balıq ovunun qarşısının alınması, su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə nəzarət tədbirlərini davam etdirəcək. İctimaiyyətə xatırladılır ki, qanunsuz balıq ovu qadağandır və belə hallara yol verən şəxslər barəsində qanuni tədbirlər görüləcək.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
15
icma.az

10Источники