Keçmiş baş hakim və Nepalın müvəqqəti baş naziri Suşila Karki öz kabinetini formalaşdırmağa başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nepal News məlumat yayıb.
Rameşor Xanal maliyyə naziri, Kulman Gisinq energetika və suvarma naziri, Om Prakaş Aryal isə daxili işlər naziri seçilib. Yaxın günlərdə daha çox təyinatlar planlaşdırılır.