AzVision.az xəbər verir ki, “Reuters” agentliyi Rusiya taxılının qarşılığında Çin avtomobillərinin alındığı barədə aşkarladığı sövdələşməyə əsasən belə bəlumat yayıb.
“Maşınlar Çində milli valyutaya – yuana alınıb, Rusiya tərəfi isə rubla taxıl alıb, bundan sonra buğda maşınlara dəyişdirilib. Digər əməliyyatlarda isə kətan toxumu Çindən gətirilən məişət texnikası və tikinti materialları ilə dəyişdirilib ki, bu da gömrük bəyannamələri ilə təsdiqlənir”,- agentlik yazır.
Bundan əlavə, Çinə avtomobil müqabilində metallar tədarük edilir, Çinin xidmətləri xammala dəyişdirilir, Rusiya idxalçıları isə Çin şirkətləri ilə hesablaşmalar üçün alüminium alırdılar. Belə müqavilələrdən biri də Pakistanla bağlanıb.
Məlumatlı mənbələrin dediyinə görə, sanksiyalara baxmayaraq, bəzi barter əməliyyatları Qərb mallarının Rusiyaya axmasına imkan versə də, bu prosesin detalları hələ də aydın deyil.
- Rusiyanın Çin və Hindistanla əlaqələri gücləndirmək səylərinə baxmayaraq, barter sisteminin qaytarılması Ukraynadakı müharibə səbəbindən dünyanın ən böyük təbii sərvətlər hasilatçısının ticarət əlaqələrində böyük dəyişikliyi əks etdirir”, - agentlik vurğulayır.
“Reuters” qeyd edir ki, Rsuiya prezidenti Vladimir Putinin ölkə iqtisadiyyatının inkişafı ilə bağlı nikbin bəyanatlarına rəğmən, bu müstəvidə gərginliyin yeni əlamətləri müşahidə olunur. Belə ki, Rusiya Mərkəzi Bankının məlumatına görə, iqtisadiyyat texniki cəhətdən tənəzzüldədir və yüksək inflyasiya ilə üzləşir.
Rusiya banklarının 2022-ci ildə SWIFT ödəniş sistemindən çıxarılması və ABŞ-nin Çin banklarına Rusiyanın hərbi əməliyyatlarını dəstəkləməmək barədə xəbərdarlıqları da daxil olmaqla bir sıra sanksiya tədbirləri mümkün ikinci dərəcəli sanksiyalarla bağlı narahatlığı artırıb.
“Çin bankları ikinci dərəcəli sanksiyalar təhdidi fonunda sanksiya siyahısına düşməkdən qorxurlar, ona görə də Rusiyadan pul qəbul etmirlər”,-ödənişlər bazarındakı mənbə deyib.
Yəqin ki, məhz bu narahatlıqlar izlənilməsi daha çətin olan barter əməliyyatlarının artmasını şərtləndirib. Yeri gəlmişkən, 2024-cü ildə Rusiya İqtisadiyyat nazirliyi sanksiyalardan yan keçmək üçün barterdən istifadə ilə bağlı bizneslərə tövsiyələrin ehtiva olunduğu 14 səhifəlik bələdçi sənəd edib. Bundan əlavə, nazirlik barter mübadiləsi kimi fəaliyyət göstərən ticarət platformasının yaradılması təklifini verib.
Rusiya-Asiya Sənayeçilər və Sahibkarlar İttifaqının Baş Şurasının katibi Maksim Spasski nəşrə bildirib ki,“barterin artması dollardan uzaqlaşmanın, sanksiyaların təzyiqinin və tərəfdaşlar arasında likvidlik problemlərinin əlamətidir”.Onun fikrincə, barter həcmləri artmaqda davam edəcək.
Adının açıqlanmasını istəməyən ticarət insayderi bu sistemin Rusiya banklarının dollar və avro əməliyyatlarına çıxışını məhdudlaşdıran sanksiyalardan yan keçməyə kömək etdiyini söyləyib.
Daha üç analitik isə mərkəzi bank və gömrük məlumatları arasında genişlənən fərqin - ilin birinci yarısında 7 milyard dollara çatmasının barter sövdələşmələrinin miqyasının göstəricisi olabiləcəyini deyib.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта