RU

Millət vəkili Tərtərdə tələbələri təbrik etdi

Tərtər rayonunda 2025-ci ildə ümumtəhsil məktəblərini bitirərək ali məktəbə daxil olub, tələbə adını qazanmış gənclərlə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, məktəb direktorları, tələbə adı qazanmış məzunlar və valideynlər iştirak ediblər.

Ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışan Anar Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib. Həmçinin ölkə başçısı cənab İlham Əliyev də bu ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Dövlət və Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir.

Tədbirdə akademik Vaqif Abbasov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin həyat yoldaşı V­­üsalə Əliyeva, şəhər 1 saylı məktəbin direktoru Amil Hüseynov, Sarıcalı kənd tam orta məktəbin direktoru Vəsilə Mehdiyeva, Qızıl medala layiq görülmüş 5 nömrəli tam orta  məktəbin məzunu Sevinc Əlizadə, buraxılış imtahanlarında maksimum nəticə toplayan Sarov kənd tam orta məktəbinin  məzunu Çinarə Quliyeva çıxış ediblər.

Çıxış edənlər tələbə adı qazanmış gəncləri təbrik edərək, onlara elm, təhsil yollarında ugurla addımlamağı, vətənə, xalqa gərəkli övlad olmağı arzulayıb, ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Sonda yüksək balla ali məktəbə qəbul olmuş tələbələrə rayon icra hakimiyyəti, YAP rayon təşkilatı və Milli Məclisin deputatı Anar Məmmədov tərəfindən fəxri fərman və hədiyyələr təqdim edilib. Akademik Vaqif Abbasov isə Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin qızı Nigar Əliyevaya hər ay öz aylıq məvacibindən 250 manat təqaüd verəcəyini bildirib.

Избранный
25
2
ikisahil.az

3Источники