RU

İşçini Çarli Kirk plakatlarını çap etməkdən imtina etdiyinə görə işdən çıxardı

Ajans.az “The Post”- a istinadən xəbər verir ki, “əməkdaşın davranışı qəbuledilməz və şirkət dəyərlərinə ziddir”. “Mütəxəssisimizin göstərdiyi davranış tamamilə qəbuledilməzdir, şirkət siyasətlərimizi pozur və Office Depot-un qoruduğu dəyərləri əks etdirmir. Bu təəssüf doğuran vəziyyətə görə səmimi üzr istəyirik,” – deyə açıqlamada qeyd olunub. Şirkət həmçinin bildirib ki, hadisədən xəbər tutan kimi müştəri ilə dərhal əlaqə saxlanılıb, narahatlıqlarının aradan qaldırılması və sifarişin yerinə yetirilməsi üçün addımlar atılıb. Hadisə ilə bağlı daxili araşdırma davam edir. Sosial şəbəkələrdə cümə günü yayılan 48 saniyəlik video 4,4 milyondan çox baxış toplayıb. Görüntülərdə bir kişi işçilərdən sifarişini almaq istədiyini bildirir. Özünü mağaza müdiri kimi təqdim edən qadın isə cavab verir: “Bağışlayın, amma biz təbliğat çap etmirik. Bu təbliğatdır.” Müştərinin plakatın nəyə görə təbliğat sayıldığını soruşmasından sonra əməkdaş izah edir ki, “Çünki bu, siyasi xadimlə bağlıdır.” Hadisə Çarli Kirkin ölümündən sonra baş verib. O, Utah Valley Universitetində Turning Point USA tədbiri zamanı çıxışı zamanı 22 yaşlı Tayler Robinson tərəfindən silahlı hücuma məruz qalaraq öldürülmüşdü. Plakatlarda Kirkin qara-ağ portreti və “Əfsanəvi Çarli Kirk, 1993–2025” sözləri yer alırdı. Mübahisəli hadisə ABŞ-da ifadə azadlığı, siyasi mövzularda senzura və korporativ neytrallıq məsələlərinə dair yeni müzakirələrə səbəb olub. Bir çox mühafizəkar sosial media istifadəçiləri Office Depot-a qarşı boykot çağırışları edib. Digər tərəfdən, bəzi istifadəçilər isə işçinin şəxsi etiqadlara əsasən rədd cavabı verməsini düzgün hesab etməyib.

 

Избранный
36
Ajans.az

1Источники