RU

"Hürriyyət" yazdı, Cəlilabad sakininin problemi qısa müddətdə öz həllini tapdı...

Cəlilabad rayon sakini Dadaşov Əlibala Əjdər oğlu tərəfindən "Hürriyyət"in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirirdi ki, 2 aya yaxındır evinə işıq xətti çəkdirə bilmir:

“Mən, Dadaşov Əlibala Əjdər oğlu, həyat yoldaşım Dadaşova Məlahət Əligüşad qızının adına olan Cəlilabad şəhəri, Q.Nəbi küçəsi, 24 saylı fərdi yaşayış evinə, çıxarış olsa da, iki aya yaxındır ki, elektrik xətti çəkdirə bilmirəm. Səbəbini soruşduqda isə “Azərişıq” ASC-dən bildirirlər ki, evin koordinatları düzgün deyil.

Dəfələrlə qaynar xəttlə danışsam da faydası olmur.

Cəlilabad rayon Daşınmaz Əmlakın Kadastr və Reyestr Xidməti isə evin koordinatlarının düzgün olduğunu söyləyirlər".

Cəlilaba sakininin şikayəti ilə bağlı "Azərişıq” ASC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Məsələnin araşdıraılacağı bildirildi.

Daha sonra şikayətçi zəng vurub dedi ki, artıq ona kömək göstərilib və problem öz həll yolunu tapıb.

Vətəndaşa göstərilən köməyə görə, "Hürriyyət" olaraq "Azərişıq” ASC-nin mətbuat xidmətinə təşəkkürümüzü bildiririk. 

Jalə FAMİLQIZI

Избранный
14
1
hurriyyet.az

2Источники