RU

Gürcüstan Azərbaycandan elektrik enerjisi alışını 20% artırıb

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Gürcüstana təqribən465,9 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-inDövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bumiqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən26,7 milyon ABŞ dolları olub.

Gürcüstana elektrik enerjisi ixracı ötən ilin eyni dövrü iləmüqayisədə həcm ifadəsi ilə 29,2 milyon kVt/saat və ya 6,7%, dəyərifadəsi ilə 4,4 min ABŞ dolları, yaxud 20% artıb.

Eyni zamanda, 2025-ci ilin ilk yeddi ayı ərzində GürcüstandanAzərbaycana 1,4 milyon ABŞ dolları dəyərində, 22,2 milyon kVt/saathəcmində elektrik enerjisi satılıb.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 632 min ABŞ dolları və ya 30,4%, həcm ifadəsində isə 9,7milyon kVt/saat və ya 30,4% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul ayları ərzindəAzərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran vəTürkiyəyə 41,6 milyon ABŞ dolları dəyərində, 737,5 milyon kVt/saathəcmində elektrik enerjisi ixrac edilib.

Həmçinin, hesabat dövründə Rusiya, Gürcüstan və İrandanAzərbaycana 3,7 milyon ABŞ dolları dəyərində 91,7 milyon kVt/saatelektrik enerjisi idxal edilib.

Избранный
70
40
az.trend.az

10Источники