RU

Mərkəzi Bank avronun məzənnəsindəki dəyişikliklərin səbəblərini açıqladı

Bu ilin əvvəlinə olan məlumata görə, avronun Azərbaycan manatına qarşı məzənnəsi 1,7500 manat təşkil edirdisə, hazırda bu rəqəm 2 manata qədər yaxınlaşıb (1 avro=1,9949 manat). Rəqəmlərdən də göründüyü kimi, təkcə cari ilin ilk aylarındakı göstərici ilə ən sonuncu arasında təqribən 14% artım müşahidə olunur. Avronun məzənnəsinin bu həddə artması ən son 4 il əvvəl baş vermişdi. Bəs rəqəmlərdəki dəyişikliyin səbəbi nə ilə əlaqədardır? Qarşıda avronun manata qarşı məzənnəsi ilə bağlı gözləntilər nədən ibarətdir?

FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, avronun bahalaşması ABŞ dolları indeksinin zəifləməsi fonunda baş verir.

Qeyd edilib ki, 2025-ci ilin 8 ayında spot dollar indeksi təxminən 10.5% ucuzlaşıb (yəni, ABŞ dolları digər valyutalar qarşısında ucuzlaşmışdır): "Bu zəifləmənin əsas səbəbləri kimi ABŞ-nin pul siyasətinin yumşalacağına dair gözləntilərinin artması, ABŞ-Çin ticarət gərginliyi fonunda investorların dollarda investisiyalardan çəkinməsi, Avropada fiskal dəstək tədbirlərinin iqtisadiyyata təsirləri və s. kimi məsələləri qeyd etmək olar".

Məlumatda vurğulanıb ki, avronun məzənnəsindəki artımın Azərbaycan iqtisadiyyatına təsirinin əhəmiyyətli olmayacağı gözlənilir: "Çünki dolların ucuzlaşması daimi bir proses deyil, müəyyən müddətdən sonra əks istiqamətdə dəyişiklik ehtimalı yüksəkdir".

"Mərkəzi Bank qlobal maliyyə bazarlarında gedən prosesləri izləyir və makroiqtisadi sabitliyi qorumaq üçün arsenalındakı bütün alətlərdən istifadə edir", - deyə məlumatda qeyd edilib. (Trend)

Избранный
23
8
fed.az

9Источники