Bakıda çağırışa gedən təcili tibbi yardım avtomobili palçıqlı yolda qalıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Palçığa batdığı üçün yolda qalan avtomobildəki həkim çağırış ünvanına piyada davam etmək məcburiyyətində qalıb.
Məlumata görə, yolun bu vəziyyətə düşməsinə son günlər yağan intensiv yağışlar səbəb olub.
Həmin görüntüləri təqdim edirik: