RU

Trampın elçisi: Rusiya müharibəni uduzur

BAKI, 15 sentyabr. TELEQRAF

“Rusiya Ukrayna ilə müharibədə uduzur”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

“Rusiya qalib gəlirmi? Bu çox gözəl sualdır, çünki Prezident Tramp təxminən altı həftə əvvəl Oval kabinetdə mənə bu sualı verdi. Mən də söylədim ki, cənab prezident, təkcə məni dinləməyin, Baş Qərargah rəisi Den Keyn sizi çöldə gözləyir, o, maşının yanında dayanıb, onu yanına dəvət edin və hərbçinizdən soruşun”, - rəsmi vurğulayıb.

Kelloq qeyd edib ki, o da Trampa eyni şeyi deyib – rusların qalib gəlməsindən söhbət gedə bilməz:

“Dan eyni şeyi dedi. Onlar qalib gəlirlər? Xeyr. Onlar qalib gəlmirlər. Putin isə istədiyi qədər deyə bilər ki, istədiyi hər şeyi alır. Putin qalib gəlsəydi, Kiyevdə, Dneprdən qərbdə, Odessada olardı. Əslində, Rusiya bu müharibəni uduzur”.

Избранный
17
1
teleqraf.com

5Источники