RU

"Bilmirəm niyə belə oldu" - 12:0-ın memarı

Azərbaycan II Liqasının 2-ci turu nadir rast gəlinən nəticə ilə yadda qaldı. "Araz-Saatlı"nın qonağı olan "Şəki Siti" səfərdən 12:0 hesabı ilə qalib döndü. 

Fanat.Az-a açıqlamasında matçı dəyərləndirən "Şəki Siti"nin baş məşqçisi Bəhmən Həsənov darmadağınla bağlı belə danışıb:

"12:0-dan sonra rəqibi tərifləməyim qəribə görünə bilər. Amma həqiqətən də "Araz-Saatlı" belə məğlubiyyəti haqq edəcək səviyyədə zəif komanda deyil. Mən onların oyunlarına baxmışdım. Çempionata 1 xalla başlamışdılar. Sadəcə, bilmirəm niyə belə oldu. Hər toxunuşumuz qol oldu. Mərkəzdən hücumlar qurduq ki, bu bizdə effektli alındı. Deyim ki, gərginlik, müqavimət var idi, heç biri olmadı. Asan qələbə qazandıq. Biz sürətli oynamağa üstünlük veririk. Görünür, Saatlı komandası bu tempə öyrəşməyib".  

Qeyd edək ki, "Şəki Siti" 3-cü turda "Qaradağ Lökbatan"ı qonaq edəcək. Qarşılaşma 23 sentyabrda baş tutacaq.

Mirağa

Избранный
8
1
fanat.az

2Источники