RU

BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb - FOTOLAR

Bakı Dövlət Universitetində (BDU) Tələbə İnkişaf Mərkəzi açılıb.

"Unikal" xəbər verir ki, mərkəzin açılışında BDU rəhbərliyi, Elm və Təhsil Nazirliyinin, Milli Məclisin, Universitetin İctimai Nəzarət Şurasının nümayəndələri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Mərasimdə çıxış edən rektor Elçin Babayev qeyd edib ki, bu gün 106 yaşını qeyd edən Bakı Dövlət Universitetinin inkişafında növbəti səhifə açılır. BDU yeni tədris ilinə öz yeni uğurları ilə gəlib çatıb və beynəlxalq reytinqlərdə öz nəticələrini xeyli yaxşılaşdırıb. 2025/2026-cı tədris ilində bakalavriat səviyyəsinə 5300-ə yaxın, magistratura səviyyəsinə isə 1100 nəfər qəbul olunub. Yüksək bal toplayan tələbələrin də sayı kifayət qədər çoxdur: “Universitet özünün zəngin ənənəsini qoruyub saxlayır. BDU öz unikal keçmişinə xüsusi hörmətlə yanaşır və eyni zamanda, strateji inkişafına uyğun olaraq gələcəyə daha böyük planlarla və inamla addımlayır. Bu gün açılışı olan Tələbə İnkişaf Mərkəzi tələbələrin müxtəlif maraqlar üzrə şəbəkələşməsinə, onların inkişafına, elmi problemlərin, yeni ideyaların müzakirəsinə və həll yollarının birgə axtarılmasına şərait yaradacaq . Düşünürük ki, bu cür məkanların olması təhsilalanların elm, təhsil və innovasiyalar sahəsində öz uğurlarını artırması ilə yanaşı, eyni zamanda, onların sosial həyatının düzgün təşkilinə də xidmət edəcək”.

Rektor qeyd edib ki, BDU-nun tədris və tədqiqatla bağlı infrastrukturunun yenilənməsi ilə bağlı çoxsaylı layihələr nəzərdə tutulur: “Qarşıdan gələn illərdə bunun şahidi olacağıq. Ərazimizdə artıq bir neçə tələbəyönümlü məkan fəaliyyət göstərir. Onların siyahısında COP29 çərçivəsində açılmış “Ekoməkan”ı, “Tələbə məkanı”nı, “Ekoenerji məntəqəsi”ni və digərlərini qeyd etmək istərdim.

Vətənimiz Azərbaycan üçün yüksək səviyyəli kadr hazırlığı hər bir ali təhsil müəssisəsinin başlıca vəzifəsidir. Biz bu vəzifəni vicdanla və yüksək keyfiyyətlə yerinə yetirməklə gələcəyimizin inkişafına xüsusi töhfə vermiş oluruq”.

Избранный
20
4
unikal.az

6Источники