RU

Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək

Həkim

Alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirləndirilən tanınmış həkim Azər Maqsudovun məhkəmə prosesi keçirilib.

Məlumata görə, Sabunçu rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəfin vəkilləri vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini xahiş ediblər.

Onlar bildiriblər ki, məsələnin mediada işıqlandırılması mərhum Arif Acaloğlunun ailə üzvlərini narahat edir.  

Təqsirləndirilən Azər Maqsudov da vəsatətin təmin olunmasını xahiş edib. Həmçinin dövlət ittihamçısı da vəsatətin təmin olunmasına etiraz etməyib.

Vəsatət təmin olunub və bundan sonrakı proseslər qapalı keçiriləcək.

Xatırladaq ki, qəza 2023-cü ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.

Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib(Report).
Избранный
33
6
reyting.az

7Источники