RU

Aİ ölkələri rusiyalı turistlərin ittifaq ərazisinə girişinə qadağa qoyulmasını istəyir

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 15 sentyabr, AZƏRTAC

Avropa İttifaqına (Aİ) üzv bəzi ölkələr Rusiyaya qarşı hazırlanan 19-cu sanksiyalar paketi çərçivəsində rusiyalı turistlərin Aİ ərazisinə daxil olmasına tam qadağa qoyulmasını təklif edirlər.

AZƏRTAC xəbər verir ki, Euractiv portalı bu barədə məsələ ilə tanış mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, şengen vizası ilə Aİ ərazisində olan Rusiya diplomatlarının hərəkətlərinin məhdudlaşdırılması təşəbbüsü də gündəmdədir.

Bundan əlavə, 19-cu sanksiyalar paketi çərçivəsində Avropa İttifaqı ölkələrində vizaların verilməsi ilə bağlı ümumi qaydaların müəyyənləşdirilməsi də müzakirə edilir. Hazırda hər bir üzv ölkə bu məsələdə müstəqil qərar vermək hüququna malikdir.

Xatırladaq ki, ötən həftə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Rusiyaya qarşı növbəti – 19-cu sanksiyalar paketi üzərində işlərin başa çatmaq üzrə olduğunu bəyan etmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
3
azertag.az

4Источники