RU

Kremldən Trampa cavab gecikmədi: Əgər bunu etsə...

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“Biz ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı səbrinin tükəndiyi barədə açıqlamalarından xəbərdarıq”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu bəyanatları eşitmişik. Amma Rusiya Ukrayna böhranını siyasi və diplomatik vasitələrlə həll etməkdə maraqlıdır və hazırdır”, – o bildirib.

Peskov qeyd edib ki, Kreml Trampın Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulması ilə bağlı G7-yə təklifi ilə bağlı mediada yayılan xəbərlərlə tanışdır.

Onun sözlərinə görə, belə bir qərar verilərsə, Moskva öz əmlakını müdafiə etmək üçün qanuni addımlar atacaq.

Ağ Ev rəhbəri bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinlə bağlı səbrinin tükəndiyini demişdi. Həmçinin o, Moskvaya qarşı neft və bank sektoruna zərbə vura biləcək daha sərt sanksiyaları da nəzərdən keçirdiyini əlavə etmişdi.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
globalinfo.az

1Источники