RU

“AzerGold” QSC-nin təşkilatçılığı ilə keçirilən sayca 5-ci səyyar tibbi müayinə aksiyasına yekun vurulub (FOTO)

Bakı. Trend:

“AzerGold” QSC-nin təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinindəstəyi ilə Daşkəsən rayonunda keçirilən növbəti səyyar tibbimüayinə aksiyası uğurla yekunlaşıb.

“Öncə sağlamlıq!” devizi altında təşkil olunan aksiyada “Çovdar”qızıl mədəninin yaxınlığında yerləşən Çovdar kəndi, Şadax yaşayışməntəqəsi, Çaykənd, Quşçu, Bayan və digər kəndlərin sakinləri 3 günmüddətində ödənişsiz olaraq müxtəlif tibbi xidmətlərdənyararlanıblar.

Aksiyanın ilk günündə şəhid ailələri, o cümlədən qazi vəmüharibə iştirakçıları müayinəyə cəlb edilib. Peşəkar həkimbriqadası tərəfindən 300 nəfərdən çox sakin ümumi cərrah, uşaqcərrahı, otorinolarinqoloq, terapevt, revmatoloq, endokrinoloq,kardioloq, nevropatoloq, pediatr, USM, EXO, EKQ, qanın və sidiyinümumi analizi, qanda virus hepatitlərin təyini, ambulator qantəzyiqi monitorizasiyası və şəkərin təyini müayinələrindənkeçirilib.

Qeyd olunan istiqamətlər üzrə sakinlərə ümumilikdə 1317 tibbixidmət göstərilib. Müayinələr əsnasında müxtəlif xəstəlikləriaşkarlanan vətəndaşlara müvafiq müalicə kursları təyin edilib.

Qeyd edək ki, 2021-ci ildən etibarən mütəmadi olaraq keçirilənsəyyar tibbi müayinə aksiyası ucqar kənd sakinlərinin keyfiyyətlisəhiyyə xidmətlərinə əlçatanlığının artırılması, xəstəliklərinerkən diaqnostikası və profilaktik müayinə mədəniyyətinin təbliğiməqsədi daşıyır. Sözügedən aksiyalar zamanı bugünədək ümumilikdə2400 nəfərdən çox Daşkəsən sakini ümumilikdə 9363 xidmətdənyararlanıb.

Xatırladaq ki, “AzerGold” QSC tərəfindən hasilat sahələrininyerləşdiyi bölgələrdə həyata keçirilən kiçik, orta və irimiqyaslısosial layihələr əsasən ətraf mühitin mühafizəsi, təhsil,sağlamlıq, məşğulluğun artırılması, kiçik və orta sahibkarlığıntəşviqi, idman növlərinin təbliği, maarifləndirmə və digər mühümistiqamətləri əhatə edir.

Şirkətin prioriteti yerli icmaların, xüsusilə də sosial baxımdanhəssas qruplara aid olan ailələrin dayanıqlı rifahının təminolunmasına dəstək olmaq, dövlət tərəfindən aparılan uğurlu sosialsiyasətə əlavə töhfələr verməkdir.

“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
Məqalədə:
Избранный
15
11
az.trend.az

10Источники