RU

Azərbaycanda logistika şirkəti bağlanır

Azərbaycanda bir ildir təsis edilən logistika şirkəti “Skyline Logistics” MMC ləğv olunduğunu elan edir.

Banker.az bunu şirkətin elanına istinadən xəbər verir.

Şirkət kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa ŞTQ İSMD-32 küçəsi, ev 10, mənzil 3 ünvanına bildirə biləcəyini qeyd edir.

Xatırladaq ki, “Skyline logistics” MMC 2024-cü ilin iyulunda təsis edilib və 100 manat nizamnamə kapitalı var. Şirkət təsis edilərkən ona rəhbərliyi Məmmədov Ramin Möyfət oğlu edirdi. Sonradan isə bu vəzifə Əzimli Yəmənxanım Samir qızına tapşırılıb.

Избранный
16
banker.az

1Источники