RU

Avropada yay istiləri on milyardlarla avroluq zərərə səbəb olub

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Avropa İttifaqının hesablamalarına görə, bu ilin yayında müşahidə olunan kəskin istilər, quraqlıqlar və daşqınlar region iqtisadiyyatına azı 43 milyard avro ziyan vurub. 2029-cu ilə qədər bu rəqəmin 126 milyard avroya yüksələcəyi gözlənilir.

Qaaynarinfo "The Guardian"a istinadən xəbər verir ki, 2024-cü ildə təkcə bir yay mövsümünün Avropa iqtisadiyyatına təsiri ümumi daxili məhsulun 0,26 faizi qədər olub.

Ən böyük zərərə Kipr, Yunanıstan, Malta və Bolqarıstan məruz qalıb. Bu ölkələrin hər biri qısa müddətdə öz ümumi əlavə dəyərinin (ÜDM-ə bənzər göstərici) 1 faizindən çoxunu itirib. Ardınca isə İspaniya, İtaliya və Portuqaliya kimi digər Aralıq dənizi ölkələri gəlir.

Mannhaym Universitetinin iqtisadçısı Seriş Usman bildirib ki, ekstremal hava şəraitinin real təsirləri tədricən ortaya çıxır, çünki onlar ilkin zərbədən kənara çıxaraq insanların gündəlik həyatına və dolanışıq mənbələrinə müxtəlif yollarla təsir edir.

Alimlər qeyd edirlər ki, iqlim dəyişikliyi də bu yay baş verən ekstremal hava hadisələrində mühüm rol oynayıb. Məsələn, İspaniya və Portuqaliyada meşə yanğınlarının ehtimalı 40 dəfə, Yunanıstan və Türkiyədə isə 10 dəfə artıb. İyunun "səssiz dağıdıcı" istiləri 12 böyük şəhərdə ölüm hallarını üç dəfə yüksəldib.

Tədqiqatda yalnız birbaşa iqtisadi itkilər deyil, həm də dolayı nəticələr – məsələn, tikinti işlərində iş saatlarının məhdudlaşdırılması və ya daşqın səbəbindən dəmiryolu xətlərinin sıradan çıxması ilə yol müddətinin uzanması – nəzərə alınıb.

Belçika Milli Bankının iqtisadçısı Gert Beynens vurğulayıb ki, ən ciddi "gizli zərərlərdən" biri də təchizat zəncirlərindəki pozuntulardır. Onun sözlərinə görə, bu faktorun nəzərə alınmaması itkilərin 30 faizədək az qiymətləndirilməsinə səbəb ola bilər.

Alimlər xəbərdarlıq edirlər ki, ekstremal hava şəraiti artıq Avropa iqtisadiyyatında dərin iz qoyur və dolayı təsirlər bəzən birbaşa fəsadlar qədər dağıdıcı ola bilər.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
qaynarinfo.az

1Источники