RU

Qədim artefaktlar aşkarlanıb

Son aylar aparılan qazıntılar zamanı Çexiyanın tarixi şəhərlərindən biri olan Çeski Krumlovun yaxınlığında mühüm tapıntılar qeydə alınıb.  Tapıntılar arasında XIV-XV əsrlərə aid keramika qalıqları, son orta əsrlərə aid metal alətlərin, zərgərlik məmulatlarının, sikkələrin fraqmentləri var. Binaların daş bünövrələrinin tapılması, ehtimal ki, şəhərin inkişafının ilkin mərhələsinə, Çeski Krumlovun sənətkarlıq və ticarət mərkəzi kimi yenicə formalaşdığı vaxtlara təsadüf etməsi xüsusi maraq doğurur.

Tədqiqatçıların sözlərinə görə, tapıntılar regionun Mərkəzi Avropanın əsas ticarət yolları ilə sıx əlaqələrini təsdiqləyir. Bundan əlavə, arxeoloqlar sənətkarların gündəlik həyatı ilə bağlı əşyalar - keramik qablar, metal əritmək üçün gil qəliblər və dəri istehsalı elementləri tapıblar. Bəzi artefaktlar Cənubi Bohemiya Muzeyinə təhvil verilib.

Qazıntıların nəticələri Cənubi Çexiyanın tarixi haqqında bilikləri artırmaqla yanaşı, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Çeski Krumlovun turizm cəlbediciliyini də artıracaq.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Избранный
4
3
azerbaijan-news.az

4Источники