RU

AMB audit hesabatı verməyən kredit 3 kredit təşkilatına məcburi göstəriş verdi

Azərbaycan Respublikasının Mərkəzi Bankı “İnci Kredo” MMC, “Stimul” MMC və “Ləman” MMC kredit ittifaqlarına 2024-cü ilin maliyyə hesabatlarının təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Mərkəzi Bankın açıqlamasına görə, qeyd olunan kredit ittifaqları kənar auditor tərəfindən yoxlanılmış maliyyə hesabatlarını təqdim etmədikləri üçün “Kredit ittifaqları haqqında” qanunun 17.3-cü maddəsinin tələbi təmin edilməyib.

“Kredit ittifaqları haqqında” qanunun 17.3-cü maddəsinə görə, kredit ittifaqı maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay müddətində isə kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Mərkəzi Banka təqdim etməli, mətbu orqanda və ya özünün rəsmi internet səhifəsində (olduğu halda) dərc etdirməli və bu barədə məlumatı Mərkəzi Banka təqdim etməlidir.

AMB rəhbərliyi, həmçinin kredit ittifaqlarına bank əməliyyatlarının həyata keçirilməsi üçün lisenziya verilməsi qaydasının 4.4.4-cü yarımbəndini rəhbər tutaraq, ittifaqlardan hesabatların kənar auditor tərəfindən yoxlanılması və təsdiqedici sənədlərlə birlikdə Mərkəzi Banka təqdim olunmasını tələb edib.

Избранный
20
banker.az

1Источники