RU

NATO döyüş təyyarələri Estoniyada təlim uçuşları həyata keçirəcək

NATO üzvü olan ölkələrin döyüş təyyarələrinin ekipajları bu həftə Estoniyanın hava məkanında təlim uçuşları həyata keçirəcək.

Editor.az bu barədə ERR-ə istinadla xəbər verir.

Təlimlər 15-21 sentyabr tarixlərində baş tutacaq.

“Müttəfiqlərin qırıcı təyyarələri Estoniya hava məkanında bir sıra təlim uçuşları həyata keçirəcək, bəziləri isə aşağı hündürlükdə, lakin 152 metrdən aşağı olmamaqla həyata keçiriləcək”,-deyə bildirilib.

NATO qırıcılarının da səsdən sürətli uçuş qabiliyyətinə malik olduğu vurğulanır.

Qeyd edək ki, sentyabrın 13-də NATO-nun Hollandiyadakı Brunssum Birləşmiş Qüvvələr Komandanlığı NATO üzvü olan ölkələr tərəfindən “Böyük Qartal 2025” təliminə start verildiyini elan edib. Təlim Litvaya qoşun və texnikanın yerləşdirilməsi üzrə təcrübə keçmək məqsədi daşıyır. Bəyanatda deyilir ki, əsgərlər öz tapşırıqlarını yerinə yetirərkən “sürətli, effektiv və koordinasiyalı” hərəkət etməlidirlər.

//Gülnarə Abasova, Editor.az

Избранный
31
editor.az

1Источники