RU

Yusif Poladov: İctimai Şuranın “suyun qiyməti differensiallaşması” ilə bağlı görüşü keçirilməyib

Azxeber.com saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sosial şəbəkələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura adından "Sudan məsuliyyətli istifadə üçün suyun qiymətinin differensiallaşması” ilə bağlı fikirlər səsləndirdiyi iddia olunur. 

AZXEBER.COM xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın İdarə Heyətinin üzvü olan Yusif Poladov (Qırmızı Ürəklər Fondunun prezidenti) öz sosial media hesabında paylaşım edərək şərh edib. 

"Sosial şəbəkələrdə guya Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura adından suyun qiymətinin diferensiallaşdırılması ilə bağlı fikir bildirildiyi iddia olunur.

ETSN yanında İctimai Şuranın İdarə Heyətinin üzvü olaraq bildirirəm ki, bu mövzuda İctimai Şura  tərəfindən heç bir görüş keçirilməyib və açıqlama verilməyib. İctimai Şuranın İdarə Heyyəti 12 nəfər üzvdən ibarətdir və hər hansı bir şəxsin hardasa səsləndirdiyi fərdi fikri Şura adından yazıla və ya şərh edilə bilməz. Yayılan məlumat həqiqətə uyğun deyil. İctimaiyyəti bu cür yalan xəbərlərə inanmamağa çağırıram.”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
azxeber.com

1Источники