RU

SOCAR “Italiana Petroli” neft emalı zavodunu almağa yaxındır

Reuters: Azərbaycanın SOCAR şirkəti “Italiana Petroli” neft emalı zavodunu almağa yaxındır.

Agentliyin məlumatına görə, şirkəti idarə edən Bracchetti-Peretti ailəsi neft emalı zavodunun dəyərini təxminən 2,5 milyard avro qiymətləndirir.

“Reuters”ə iki mənbə bildirib ki, son anda təxirə salınmasa, SOCAR ilə müqavilənin bazar ertəsi imzalanması gözlənilir.

SOCAR-a məsləhətləri İtaliyanın “Intesa Sanpaolo IMI CIB” şirkəti, “UniCredit” isə “Italiana Petroli”nin sahibinə məsləhət görür.

Qeyd edək ki, SOCAR-la Bracchetti-Peretti ailəsi ilə danışıqlar haqda xəbər vermişdik. İtaliya tərəfi Azərbaycan tərəfi qarşısında 2 şərt qoymuşdu.

Избранный
18
veteninfo.az

1Источники