RU

Özbəkistan və Pakistan MÜZAKİRƏLƏR APARIB

Özbəkistan və Pakistan parlamentlərarası əlaqələrin gücləndirilməsini müzakirə edib.

İnterpress.az xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.

Özbəkistanın İslamabaddakı səfiri Tuhtayev Pakistan Senatının sədri müşaviri Misbah Har ilə görüşüb.

Görüşdə ölkələr arasındakı ikitərəfli münasibətlərin perspektiv istiqamətləri, o cümlədən parlamentlərarası əlaqələrin daha da gücləndirilməsi məsələləri müzakirə edilib.

Görüş zamanı Misbah Har səfirə hər iki ölkənin parlamentinin nümayəndələri üçün Parlament Sədrleri Konfransının ilk iclasına rəsmi dəvətləri təqdim edib.

Qeyd olunub ki, tədbirin bu ilin noyabr ayında İslamabadda keçirilməsi planlaşdırılır.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
24
interpress.az

1Источники