RU

Gələn ilə Kəlbəcərdəki müasir təhsil kompleksində işlərin tamamlanması planlaşdırılır » AzadMedia.az


Kəlbəcərdə modul tipli məktəb şagirdlərin təhsilində fasilə yaranmaması üçün yaradılıb və müvəqqəti xarakter daşıyır.

Bunu Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Mətbuat xidməti şöbəsinin müdiri Nuranə Babayeva bildirib.

Onun sözlərinə görə, artıq növbəti ilə Kəlbəcərdə yeni, müasir və unikal təhsil kompleksində işlərin tamamlanması planlaşdırılır.

Qeyd olunub ki, təməli 2023-cü ildə qoyulan tədris ocağı ümumilikdə 2.24 hektar ərazini əhatə edir. 528 şagird üçün ümumtəhsil məktəbi, 80 yerlik uşaq bağçası, 70 yerlik yataqxana və peşə təhsili üçün 7 fərqli emalatxana tikintisi nəzərdə tutulub.
Избранный
4
3
azadmedia.az

4Источники