Azərbaycan Şahmat Federasiyasında Uşaq-Gənclər Komissiyasının təşkilatçılığıyla növbəti rapid turniri keçirilib.
İdman.biz xəbər verir ki, 45 şahmatçının iştirak etdiyi yarış yeniyetmə şahmatçıların beynəlxalq turnirlərə hazırlıq məqsədi daşıyıb.
7 turdan ibarət yarışın nəticəsinə əsasən 6 xal toplayan Xaqan Əhməd turnirin qalibi adını qazanıb. Allahverdi Həmidovla Murad İbrahimli (hərəyə 5.5 xal) müvafiq olaraq 2-3-cü yerləri bölüşüb.
Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası mütəmadi olaraq belə turnirlərin təşkilini planlaşdırır.
İdman.biz