Premyer Liqanın IV turu çərçivəsində "Neftçi"nin öz meydanında "Sabah"la qolsuz heç-heçə etdiyi oyunda penalti epizodu müzakirələrə səbəb olub.
Sportinfo.az xəbər verir ki, meydan sahibləri oyundan sonra maraqlı paylaşımla diqqət çəkiblər.
"Neftçi" matçın bir epizodunda 2 qayda pozuntusuna yol verildiyi və buna görə baş hakim İnqilab Məmmədovun rəqib qapısına penalti təyin etmədiyini vurğulayıb.