RU

Bakının sosial-iqtisadi inkişafı istiqamətində strateji şəhərsalma təşəbbüsləri dəstəklənəcək

Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrup yaradılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Sərəncam imzalayıb.

Baş nazirin müavini Samir Şərifov İşçi qrupun rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev İşçi qrupun rəhbərinin müavinləri təyin ediliblər.

İşçi qrupa tapşırılıb ki, investorlar tərəfindən İqtisadiyyat Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi vasitəsilə təqdim olunan şəhərsalma investisiya layihələrinə baxılmasını və ilkin qiymətləndirilməsini həyata keçirsin, şəhərsalma investisiya layihələrinin icrası çərçivəsində aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən müvafiq icazə sənədlərinin verilməsi istiqamətində fəaliyyətin əlaqələndirilməsini təmin etsin, yenidən qurulacaq ərazilərdə köçürülmə prosesinin həyata keçirilməsinə və layihələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə nəzarət etsin.

İşçi qrup, həmçinin, ilkin olaraq Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulmasının həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etməlidir.

Избранный
3
6
vergiler.az

10Источники